15 C
Baku
Sunday, November 24, 2024

OPEC+ Rusiyanın neft qərarından sonra hasilatı artırmayacaq

OPEC+ üzvü olan ölkələr mart ayından etibarən Rusiyada neft hasilatının gündəlik 500 min barel azaldılması səbəbindən heç bir tədbir görməyəcək. Bu barədə “Reuters” agentliyi təşkilatın iki nümayəndəsinə istinadən məlumat yayıb.

Bu gün, fevralın 10-da Rusiya baş nazirinin müavini Aleksandr Novak neft hasilatının mart ayından sutkada 500 min barel azaldılacağını açıqlayıb. O, həmçinin bildirib ki, Rusiya birbaşa və ya dolayısı ilə qiymət tavanına əməl edənlərə neft satmayacaq. Kreml bildirib ki, Rusiya qərar qəbul etməzdən əvvəl bəzi OPEC+ ölkələri ilə məsləhətləşib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Dekabrın 5-dən neftin bir barelinin qiymətinin tavanı 60 dollar, fevralın 5-dən isə 100 dollar və 45 dollar səviyyəsində təyin edilməsi məhdudiyyəti qüvvəyə minib.

Son xəbərlər
Digər xəbərlər