9 C
Baku
Monday, November 18, 2024

“Credit Suisse” Rusiyanın 19 mlrd. dollardan çox aktivlərini dondurub

İsveçrənin “Credit Suisse” bankı ruslarla əlaqəli 17.6 milyard İsveçrə frankı (19 milyard dollardan çox) dəyərində aktivləri dondurub ki, bu da ölkədə bəyan edilən bütün Rusiya aktivlərinin təxminən üçdə birini təşkil edir.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Credit Suisse” tərəfindən dondurulmuş vəsaitlərin təxminən 4 milyard frankı, qeyd edildiyi kimi, İsveçrə sanksiyalarına məruz qalmış vətəndaşlara, qalan 13.6 milyard frank isə digər dövlətlər tərəfindən məhdudiyyətlərə məruz qalan insanlara məxsusdur. Bu məbləğə Rusiya Federasiyası Mərkəzi Bankının və dövlətin bloklanmış vəsaitləri də daxildir.

Bundan əlavə, İsveçrə sanksiyalar çərçivəsində Rusiya vətəndaşlarının 15 mülkünü dondurub. Ümumilikdə, Rusiyanın ölkədəki aktivlərinin dəyəri 46.1 milyard frank təşkil edir.

İsveçrə 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynada müharibəyə başlayandan sonra Aİ-nin tətbiq etdiyi bütün sanksiyalara qoşulub. Ötən ilin oktyabrında Aİ-dən sonra Donetsk və Luqansk Xalq Respublikalarının ilhaqı ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Daha sonra hakimiyyət 30-a yaxın fiziki və hüquqi şəxsin İsveçrənin sanksiyalar siyahısına daxil edilməsini təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər