12 C
Baku
Wednesday, December 11, 2024

Malatyada zəlzələdə uçan binalara görə daha 31 nəfər saxlanılıb

Türkiyənin Malatya şəhərində zəlzələ zamanı uçan binalarla bağlı 31 nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanları şəhərdə yeraltı təkanlar nəticəsində dağılan binalarla bağlı araşdırma aparır.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər saxlanılmışdı.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər