Azərbaycanda apteklər yanvarda 120 milyon manata yaxın gəlir əldə ediblər

2023-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 119.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanva ayına nisbətən 4.3% artıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər