2022-ci ildə Naxçıvan Muxtar Respublikasında ipoteka kreditlərinin həcmi 20% artıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin 2022-ci il üzrə statistikasına istinad edir.
1 yanvar 2023-ci il tarixinə Naxçıvanda MR-də ipoteka kreditlərinin həcmi 8 milyon 471.6 min manat təşkil edib.
Bu da illik müqayisədə 1 milyon 420.3 min manat, 20% artım deməkdir.
2020-ci ilin sonuna ipoteka kreditinin həcmi 3 milyon 570.8 min manat, 2021-ci ilin sonuna isə artaraq 7 milyon 51.3 min manat idi.
Muxtar respublika ərazisində ümumi kredit qoyulucu 307 milyon 256.9 min manat təşkil edir.