Fevralın 15-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.
Bunu Ermənistan XİN-in sözçüsü Vahan Hunanyan bildirib.
“Nazir Mirzoyan Adıyaman şəhərində axtarış-xilasetmə əməliyyatları aparan Ermənistanın xilasediciləri ilə görüşəcək.
Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək”, – deyə o bildirib.