10 C
Baku
Wednesday, December 11, 2024

BƏƏ-nin naziri: “Qlobal neft bazarında sabitlik hökm sürür”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Mohammed Al Mazrouei Rusiyanın ötən həftənin sonunda hasilatı birtərəfli qaydada azaldacağı bəyanatı ilə bağlı bildirib ki, qlobal neft bazarında sabitlik hökm sürür və Moskvanın bu qərarından sonra OPEC+ qrupunun növbədənkənar iclasının keçirilməsinə ehtiyac yoxdur.

Rusiyanın gündəlik neft hasilatını 500 min barel azaldacağı barədə bəyanatından sonra qlobal bazarda tarazlığın davam edəcəyinə əminliyini ifadə edən Al Mazrouei diqqətə çatdırıb ki, OPEC+ ötən ilin oktyabrında 2023-cü ilin sonunadək hasilatı 2 milyon barel azaltmaq barədə razılığa gəlsə də, bu rəqəm tələbata görə tənzimlənə bilər. Qlobal neft bazarında vəziyyət aprelin əvvəlində və iyunun 4-də hasilatçı ölkələrin nazirləri tərəfindən müzakirə olunacaq.

Al Mazrouei vurğulayıb: “İndi biz qlobal bazarda tarazlığı pozacaq bir təhlükə görmürük. Vəziyyət sabitdir və hər hansı dəyişikliyin baş verəcəyi təqdirdə müvafiq tədbirlər görülə bilər. Bu kontekstdə Çində pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması və qlobal iqtisadiyyatın vəziyyətindən çox şey asılı olacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər