10 C
Baku
Thursday, December 12, 2024

Daha 140 I Qarabağ müharibəsi əlilinə proaktiv qaydada müavinət təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin ilk ayında 479 min müraciət qeydə alınıb.

Banker.az Nazirliyə istinadən xəbər verir ki, həmin dövrdə 3.9 min pensiya, 12.3 min müavinət və təqaüd təyinatı, həmçinin 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olanlara birdəfəlik müavinət üzrə daha 140 təyinat e-sistem üzərindən, proaktiv qaydada aparılıb.

Son bir e-qaydada 16.4 min fərdi şəxsi hesab da açılıb, Nazirliyin fəaliyyət sahələri üzrə 50 minədək e-arayış verilib.

Son xəbərlər
Digər xəbərlər