25 C
Baku
Monday, April 29, 2024

“PASHA Holding”də təyinat olub

“PASHA Holding” MMC-nin geniş profilli IT və biznes həlləri şirkəti “Competo” MMC-də (Umico layihəsi) təyinat baş verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Aslan Məmmədov “Competo” MMC-nin baş maliyyə inzibatçısı təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin fevralından başlayıb.

2019-cu ilin aprelindən 2021-ci ilin mayına qədər şirkətin baş mühasibi, 2021-ci ilin mayından 2023-cü ilin yanvarına qədər şirkətin maliyyə meneceri vəzifəsində çalışıb.

Şirkət 2018-ci ilin sentyabr ayında təsis edilib. Hazırda 48.06 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin baş direktoru İhar Bychak-dır. Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər