2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14.7 faiz artaraq 839.4 manat təşkil edib.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3415.3 manat, qeyri neft-qaz sektorunda 790.2 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 794.9 manat, özəl
müəssisələrdə isə 889 manat olub.
Mədənçıxarma sənayesində (3 284 manat), maliyyə və sığorta fəaliyyəti (2 071 manat), peşə, elmi və texniki fəaliyyət (1 418 manat), eləcə də informasiya və rabitə sahələrində (1 348 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.