“ABŞ Çinə nə etməyi söyləmək iqtidarında deyil”.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
“Ukraynada döyüş meydanına silah tökən Çin deyil, ABŞ-dır. ABŞ Çinə nə edəcəyini söyləmək iqtidarında deyil. Çin heç vaxt ABŞ-ın Çin-Rusiya münasibətlərinə təzyiq göstərməsini qəbul etməyəcək”, – Nazirlikdən qeyd olunub.