8 C
Baku
Thursday, December 12, 2024

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyət və tələblərin siyahısı təsdiqlənib

“Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 64 nömrəli Qərarına əsasən yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlər və xüsusi tələblər in siyahısı təsdiqlənib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlər və xüsusi tələblər aşağıdakı kimi müəyyən edilmişdir:

– öhdəlik daşıyan şəxslər tərəfindən gücləndirilmişmüştəri uyğunluğu tədbirlərinin xüsusi tələblərini tətbiq etmək;

– öhdəlik daşıyan şəxslər tərəfindən maliyyə əməliyyatlarına dair hesabatı sistematik olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;

– yüksək riskli zonada təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən maliyyə institutlarının törəmə müəssisələrinin, filiallarının və ya nümayəndəliklərinin lisenziya verilməsindən imtina etmək və ya müvafiq maliyyə qrupunun (holdinqin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla həmin ölkənin (ərazinin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət sistemi ilə Azərbaycan Respublikasının qanunvericiliyi arasında ziddiyət olduqda həmin maliyyə qrupuna münasibətdə sonuncunun tətbiqini təmin etmək;

– maliyyə institutlarının yüksək riskli zonada törəmə müəssisə, filial və ya nümayəndəlik yaratmasını qadağan etmək və ya müvafiq törəmə müəssisə, filial və ya nümayəndəliyin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş tədbirləri tətbiq etmək;

– öhdəlik daşıyan şəxslər tərəfindən yüksək riskli zona və yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə işgüzar münasibətləri və ya maliyyə əməliyyatlarını məhdudlaşdırmaq;

– öhdəlik daşıyan şəxslər tərəfindən müştərinin təqdimatı zamanı yüksək riskli zonanın öhdəlik daşıyan şəxsləri tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvənməmək;

– maliyyə institutlarının yüksək riskli zonada təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən maliyyə institutları ilə müxbir münasibətlərinə yenidən baxmaq, dəyişdirmək və ya xitam vermək;

– yüksək riskli zonanın öhdəlik daşıyan şəxslərinintörəmə müəssisələri, filialları və ya nümayəndəlikləri üçün nəzarət tədbirlərini və (və ya) kənar audit tələblərini artırmaq;

– yüksək riskli zonada törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri olan maliyyə qruplarının kənar audit tələblərini artırmaq.

Son xəbərlər
Digər xəbərlər