“Böyük Yeddilik” (G7) ölkələri 2023-cü ildə Ukraynaya azı 39 milyard dollar maliyyə yardımı ayırmaq niyyətindədir.
Bu barədə fevralın 23-də Hindistanda keçirilən G7 ölkələrinin Maliyyə Nazirliyi və Mərkəzi Bankları rəhbərlərinin görüşünün yekunları üzrə qəbul edilmiş birgə sənəddə deyilir.
“2023-cü il üçün Ukrayna hökumətinin ehtiyaclarına uyğun olaraq, biz büdcə və iqtisadi dəstək öhdəliklərimizi 39 milyard dollara qədər artırdıq”, – sənəddə qeyd edilib.
Xatırladaq ki, Hindistanın Banqalor şəhərində G7 ölkələrinin Maliyyə Nazirlikləri və Mərkəzi Bankları rəhbərlərinin görüşü keçirilib. G20 ölkələrinin analoji görüşü fevralın 24-də təşkil ediləcək.