10 C
Baku
Friday, December 13, 2024

ABŞ Rusiyaya yeni sanksiya tətbiq edəcək

ABŞ dövlət katibinin müavini Nuland bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə – fevralın 24-də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edəcək.

Bu barədə Reuters məlumat yayıb.

“Biz həmçinin Çində yerləşən şirkətlərə və ya sanksiyalardan yayınmaq üçün tədbirlər gördüklərinə inandığımız Avropadakı Çin müəssisələrinə təzyiqi artıracağıq” Nuland deyib.

Eyni zamanda, Reuters-in məlumatına görə, Aİ ölkələri yenidən Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyiblər, danışıqlar fevralın 24-də bərpa olunacaq.

Son xəbərlər
Digər xəbərlər