10 C
Baku
Tuesday, November 26, 2024

“Azərenerji” və “Azərişıq” parçalanacaq, yeni tənzimləyici orqan yaranacaq

““Azərenerji” ASC həm istehsal edir, həm də ötürürdü. İndi bu sahədə parçalanma olacaq. Ötürmə yenə dövlətin nəzarətində – “Azərenerji” ASC-də-də qalır, istehsalçı isə digər yeni yaranan istehsalçılarla rəqabət aparacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Parlamentin komitə sədri deyib ki, “Azərişıq” ASC hazırda paylamanı və satışı həyata keçirir: “Yeni qanunun qəbulundan sonra vəziyyət fərqli olacaq. “Azərişıq” ASC paylamanı həyata keçirəcək, satış üçün isə yeni tənzimləyici orqan yaranacaq, qiymətlər də sərbəstləşəcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər