Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto sabah, fevralın 27-də Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Nazirlərin ikitərəfli və regional məsələləri müzakirə edəcəkləri gözlənilir.