3 C
Baku
Saturday, December 14, 2024

BOKT “Falcon Finance”nin istiqrazları listinqə daxil edilib

27 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700 000 (yeddi yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. Bu barədə Banker.az-a BFB-dan bildirilir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2001025322

Faizli təmin edilməmiş sənədsiz adlı

700

(ədəd)

1,000 manat

14 %

1 təqvim ili

Hər 30 təqvim gündən bir

 

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər