2023-cü il fevralın 17-dən şirkətin əvvəlki qanuni təmsilçisi Əliniyazzadə Pərviz Əlimurtuza oğlu maliyyə fırıldaqları ilə məşğul olduğu aşkar edildiyinə görə işdən azad edilmişdir.
Banker.az-ın məlumatına görə, şirkətin təsisçiləri bildirir ki, araşdırmalar sona çatana qədər şirkətlə müqavilə əsasında, yaxud hər hansı bir formada iş birliyi quran təşkilat və şirkət rəhbərlərinin nəzərə almaları xahiş olunur.
Qeyd edək ki, “Azinfo Dış Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı 2016-ci ildə dövlət qeydiyyatına alınıb, hazırda qanuni təmsilçisi Oztanlılar Esref Hakandır.







