Qısa xülasə: Xülasə: Zənglərin cavablandırılması, sual və sorğuların cavablandırılması, problemləri həll etmək, məlumat vermək və təşkilatın məhsulları və ya xidmətləri ilə bağlı şikayətləri həll etmək üçün müştərilərdən gələn zənglərə cavab vermək.
Hesabat verir: Əlaqə mərkəzi üzrə supervayzerə
Əsas öhdəlikləri:
- Sosial media, e-poçt, telefon və s. kimi əlaqə kanalları üzərindən daxil olana sorğu və istəklərə cavab vermək. Qarşılaşılan problemləri təhlil edərək müştərilərə və potensial müştərilərə həll yollarını demək;
- Müştərilərdən gələn bütün sorğuları və ya gedən bütün zəngləri müvafiq proqrama qeyd etmək;
- Müştərilərdən gələn şikayət və təklifləri müvafiq şöbələrə göndərmək;
- Satış fəaliyyətləri ilə bağlı müştərilərlə əlaqə saxlamaq və hədəflənmiş satış məqsədlərini yerinə yetirmək;
- Hər hansı gözlənilməz hal zamanı supervayzerə məlumat vermək;
- Struktur rəhbərləri tərəfindən verilən digər tapşırıqların icra edilməsi
Tələblər:
- Bakalavr dərəcəsi
- Əməliyyatlar və çağrı mərkəzi şöbəsində iş təcrübəsi
- Nitqi aydın və səlis olmalı
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- Müştərilərlə ünsiyyət qurma bacarığı
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı
- Azərbaycan dilində mükəmməl ünsiyyət qurmaq, rus dilini yaxşı biliyinə üstünlük verilir
- İş qrafiki:növbəli
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində “Əlaqə mərkəzi üzrə mütəxəssis” yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur. [email protected]