Bu ilin martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 9043.8 mln. ABŞ dolları təşkil edib.
Banker.az bu barədə AMB-nin hesabatına istinadən xəbər verir.
Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları fevral ayının 1-i ilə müqayisədə 0.2% azalıb.
2022-ci ilin eyni dövründə bu göstərici 7159.9 mln. ABŞ dolları olub ki, bu da illik müqayisədə 26.35 artıb.