9 C
Baku
Saturday, November 30, 2024

Almaniyada inflyasiya 8.7% səviyyəsində qalıb

Fevralda Almaniyada illik ifadədə inflyasiya 8.7% təşkil edib. Yəni, inflyasiya yanvarda olduğu səviyyədə qalıb və qiymətlərin 8.5% artacağını proqnozlaşdıran analitiklərin gözləntilərindən bir qədər pis olub. Qeyd edək ki, əvvəlki ayla müqayisədə fevralda qiymətlər 0.8% yüksəlib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Fevralda enerji qiymətlərində artım bir qədər səngiyib – yanvarda 23.1% və noyabrda 31.4%-ə qarşı illik müqayisədə 19.1% təşkil edib. Ərzaq məhsullarının qiymətləri 21.8%, ümumilikdə malların qiymətləri 12.4%, xidmətlərin qiyməti isə 4.7% bahalaşıb.

“Commerzbank”ın baş iqtisadçısı Yorq Kremerin fikrincə, Almaniya indi üçüncü inflyasiya dalğası ilə üz-üzədir. Bu, enerji daşıyıcılarının qiymətlərinin artması və müəssisələrin davamlı yüksək maddi xərcləri ilə bağlıdır. Bundesbankın rəhbəri Yoahim Nagel çərşənbə günü bildirib ki, bank bu il orta inflyasiya səviyyəsini 6-7% olacağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər