Naxçıvan Muxtar Respublikasında filiz yataqlarının və yeraltı su ehtiyatlarının təftişi və monitorinqilərinin yenindən qiymətləndirilməsi aparılır.
Bu məqsədlə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Naxçıvana səfər ediblər.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev qiymətləndirmə əsasında görüləcək işlərlə bağlı bildirib ki, muxtar respublika ərazisində çoxsaylı filiz və qeyri filiz yataqları mövcuddur.
Belə ki, son 50 – il ərzində burada 13 zəngin ehtiyatlara malik filiz yataqları, bura həm mis, həm sink, həm əlvan və nəcib metallar daxildir. Eyni zamanda 70 qeyri-filiz inşaat materialları və tikinti materialları kəşf edilmiş və ehtiyatları hesablanmışdır.
O deyib ki, artıq bu faydalı qazıntı yataqlarından istifadənin perespektiv istiqamətləri nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına yeni istehsal sahələrinin qatılmasına başlamaq lazımdır: “Paralel olaraq biz eyni zamanda Naxçıvan Muxtar Respublikasında mövcud yeraltı su hövzələrinin qiymətləndirilməsi ilə də məşğuluq. Hazırda biz Naxçıvan Muxtar Respublikasının Qahab kəndi ərazisində subartezian quyularının qazılması üçün, perespektiv sahələrin seçilməsi ilə bağlı xüsusi geofiziki tədqiqatlar aparmaqdayıq.
Təbii ki, muxtar respublika ərazisindəki iri filiz yataqlarının eyni zamanda tikinti və inşaat materialları yataqlarının artıq sənayeyə və tikinti sektorlarına qatılmasında bəlli bir tədqiqatlar kompleksinin həyata keçirilməsinə ehtiyac duyuruq. Artıq bu gün biz Naxçıvanın müvafiq nazirlikləri və qurumları ilə bu məsələlərin müzakirəsini həyata keçirdik və müzakirələr zamanı əlimizdə olan fond məlumatlarının daha dəqiqləşdirilməsi və onların resurslarının rentabellik dərəcəsinin müəyyənləşdirilməsi istiqamətində bir yol xəritəsi cızdıq.
Artıq ən yaxın gələcəkdə biz bu faydalı qazıntıların istismar edilməsinə, investisiyaların cəlb edilməsi, özəl sektorun bu sahəyə cəlb edilməsi istiqamətində müəyyən müzakirələrimiz icra edildi və düşünürəm ki, ən qısa zamanda bu məsələlər icra ediləcəkdir. Biz bu gün Naxçıvan Muxtar Respublikası ərazisində 70 filiz və qeyri filiz və inşaat materialları, 18 yeraltı su yataqları haqqında bəlli məlumatlara malikik və bu məlumatların artıq yenidən qiymətləndirilməsi və muxtar respublikanın həyatına daxil edilməsində çalışmalara başlayırıq. İntensiv çalışmalar gözlənilir. Və burda həm Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri yaxından iştirak edəcəkdir”.