Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfinin Azərbaycana səfəri martın 4-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Liviya Dövləti Prezident Şurasının sədrini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.