7 C
Baku
Thursday, December 12, 2024

Qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə həyata keçiriləcək

Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə həyata keçiriləcək.

Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bildirib.

O qeyd edib ki, bu istiqamətdə İB-nin yeni layihəsi artıq paytaxtda tətbiq edilməyə başlanılıb. Proses isə sayğac göstəricilərinin fotosu çəkilməklə həyata keçirilir.

İB-nin nümayəndəsi onu da nəzərə çatdırıb ki, son bir il ərzində ölkə üzrə ümumilikdə 66 min 106 yeni əhali abonenti qeydiyyata alınıb.

Son xəbərlər
Digər xəbərlər