2023-cü ilin fevral ayında Azərbaycanın internet bazarında “facebook”un payı yanvar ayı ilə müqayisədə 1.03 faiz artıb.
Banker.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir. Məlumata əsasən, “facebook”un bazarda payı 28.54 faiz təşkil edib.
“İnstagram”ın payı 1.35 faiz artaraq 24.48 faizə bərabər olub.
Eyni zamanda, fevral ayında “You-Tube”ın bazarda payı 2.01 faiz artaraq 23.49 faiz təşkil edib.