Latviya hər zaman Azərbaycan və Avropa İttifaqı, Azərbaycan və NATO arasında daha dərin inteqrasiyanı və əməkdaşlığı dəstəkləyib.
Bunu açıqlamasında Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks deyib.
“Düşünürəm ki, biz Azərbaycanın maraqlarını başa düşürük. Sizinlə burada danışarkən, müzakirələr apararkən rahat hiss edirik. Lakin bu, bizim bəzi Qərb tərəfdaşlarımızla baş vermir. Bu halda mən deyə bilərəm ki, biz Aİ-də və NATO-da Azərbaycanın maraqlarının tərcüməçisi kimi çıxış edirik. Və bu istiqamətdə əlimizdən gələni edəcəyik ki, əlaqələrimiz daha da dərinləşsin. Çünki bu, həm Qafqaz regionunun, həm Mərkəzi Asiyanın, həm də qlobal maraqlara uyğundur. Çünki Azərbaycan bu regionda çox əhəmiyyətli coğrafi oyunçudur və Avropa İttifaqı və Transatlantik Alyans bunu gözardı edə bilməz və etməməlidir”, – Pabriks vurğulayıb.