Kürdə gələn suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb.
Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, bunlar iri çaylarımızda, digər çaylarda da suyun səviyyəsi aşağı düşüb.
“Buna baxmayaraq Mingəçevir su anbarında toplanmış suyun həcmi ötən illərlə müqayisədə artırılıb. 2023-cü ildə toplanmış suyun həcmi 10,3 milyard kubmetrdir”.