12 C
Baku
Friday, November 1, 2024

Türkiyənin ilk elektromobili bu həftə satışa çıxarılır – QİYMƏT, XÜSUSİYYƏTLƏRİ

Türkiyənin “Togg” avtomobili bu həftə satışa çıxarılacaq.

Banker.az xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirinin müavini Mehmet Fatih məlumat verib.

O, bildirib ki, artıq Türkiyə öz bölgəsinin parlaq istehsal bazasına çevrilib. Bu gün ölkə Avropanın dördüncü, dünyanın isə 14-cü ən böyük avtomobil istehsalçısıdır.

Qiymətlərlə bağlı isə Şirkətin CEO-su Mehmet Gürcan Karakaş bildirib ki,  Avtomobillərin dəqiq qiyməti olmasa da, güman edilən qiyməti açıqlanıb. Bu 43-54 min dollar arasında dəyişir. Həmçinin zavodda qarşıdakı 8 il ərzində 1 milyon avtomobil istehsal etmək hədəflənir.

Xüsusiyyətlərinə gəldikdə isə “Togg”u 30 dəqiqədən az müddətdə 80% enerji doldurma etmək mümkün olocaq. Öz seqmentində ən uzun təkər bazasına – 2.8 metr – malik elektrik avtomobili 300 km və 500 km məsafəyə gedə biləcək. Avtomobillər 4G və 5G bağlantıları vasitəsilə uzaqdan yeniləmə də ala biləcəklər.

Gələcəkdə avtomobildə 3-cü səviyyəli avtopilot quraşdırılacıq, güzgülər isə kameralarla təchiz olunacaq. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib.

 494047 TOGG 778x430 1

ief9B2 1400x1400yerli otomobil togg dan yeni goruntuler geldi

Son xəbərlər
Digər xəbərlər