Çin xarici qüvvələrin Tayvan məsələsinə müdaxiləsinə və adanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətlərə qətiyyətlə qarşı çıxacaq.
Bu barədə Ümumçin Xalq Nümayəndələri Məclisinin (Ölkə Parlamenti) ilk iclasının bağlanış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin bildirib.
“Çin prinsipinə riayət etmək və Tayvan Boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafına fəal şəkildə töhfə vermək lazımdır. Xarici qüvvələrin müdaxiləsinə və “Tayvanın müstəqilliyi “ni hədəf alan separatçı fəaliyyətlərə qətiyyətlə qarşı çıxmaq lazımdır.”, – deyə o bildirib.
Si Cinpinin sözlərinə görə, Çin Tayvanla birləşmə prosesini davamlı şəkildə təşviq etmək niyyətindədir.