“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı, və ya Port of Baku) 2021-ci ili 2 milyon 907 manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə Bakı Limanı 2 milyon 757 min manat zərər etmişdir.
Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.
2021-ci ildə Bakı Limanının gəlirləri 42 milyon 196 min manat olub. Əvvəlki ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın gəlirləri 31 milyon 487 min manat olub ki, bu da illik müqayisədə 34% artım deməkdir.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın 2021-ci ildə cəmi aktivləri 107 milyon 516 min manat olub ki, 2020-ci ilə nisbətən 29% çoxdur. Bakı Limanının cəmi öhdəlikləri 60% artaraq 16 milyon 8 min manata, kapitalı isə 24% artaraq 91 milyon 508 min manat təşkil edib.