-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan iqtisadiyyatı ressesiyadan çıxır – İqtisadi artım qeydə alındı

2023-cü ilin yanvar-fevral aylarında ölkədə 19812.5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.4 faiz çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar ayında 1.5 faiz iqtisadiyyatda resessiya (azalma) qeydə alınmışdı.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3.6 faiz azalmış. qeyri neft-qaz sektorunda isə 4.6 faiz artmışdır.

ÜDM istehsalının 50.3 faizi sənaye. 8.9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri. 5.3 faizi nəqliyyat və anbar təsərrüfatı. 3.8 faizi tikinti. 2.5 faizi kənd təsərrüfatı. meşə təsərrüfatı və balıqçılıq. 1.8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə. 1.5 faizi informasiya və rabitə sahələrinin. 16.9 faizi digər sahələrin payına düşmüş. məhsula və idxala xalis vergilər ÜDM-in 9.0 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 955.6 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər