12 C
Baku
Monday, November 25, 2024

Naxçıvanda yeni avtomobilin istehsalına başlanılıb – Xüsusiyyətlər

Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına başlayıb.

Avtomobil ekonomiklik baxımından sərfəlidir. Belə ki, “Maple X3 pro” modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park radar və görüntü kamerası ilə təchiz olunub. Eyni zamanda avtomobil çoxfunksiyalı sükan, sensor monitor, USB giriş, dəri oturacaqlar, kondisioner və mərkəzi kilid sisteminə malikdir.

Avtomobil iki variantda – mexaniki və avtomat sürətlər qutusu ilə təchiz edilərək satışa çıxarılır.

Avtomobil Avro 4 standarlarına cavab verir və müxtəlif rəng seçimləri ilə təklif olunur.

8bf948cd 2c33 327d 8379 32365b923c52

MənbəReport
Son xəbərlər
Digər xəbərlər