Endi Börnhem Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb

Endi Börnhem Kral III Çarlzdan hökuməti formalaşdırmaq üçün mandat alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb. Bu barədə Bukingem sarayı məlumat yayıb.

56 yaşlı Börnhem yaxınlıqda yerləşən Dauninq-stritdəki Baş nazir iqamətgahına yollanacaq və orada Birləşmiş Krallıq sakinlərinə müraciət edəcək. O, 2022-ci ilin sentyabrında taxta çıxan kral III Çarlzın təsdiqlədiyi üçüncü Baş nazir olub.

Bundan əvvəl monarx Kir Starmerin istefasını qəbul edib.

Qeyd edək ki, İyunun 22-də Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer Leyboristlər Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri vəzifələrindən ayrılmaq niyyətində olduğunu açıqlamışdı. Siyasi böhran mayın 7-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra başlayıb. Seçkilərin nəticələrinə görə, Leyboristlər Partiyası ilk dəfə Uels parlamentinə nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarında leyboristlərin nümayəndələrinin sayı əvvəlki dövrlə müqayisədə 1,4 min nəfər azalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər