“Özbəkistan Respublikasının Konstitusiyası haqqında” qanun layihəsinə ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə qədər artırılması barədə bənd daxil edilib.
Sənədin layihəsi bu gün paylaşılıb.
Özbəkistanın hazırkı Konstitusiyasına əsasən, ölkədə prezidentlik müddəti 5 il təşkil edir. Müvafiq dəyişikliklər 2011-ci ilin dekabrında qəbul edilib.
Konstitusiyanın yeni variantı, həmçinin dövlət başçısı Şavkat Mirziyoyevə üçüncü dəfə ardıcıl olaraq prezident seçilməyə imkan verəcək. Əvvəl isə prezident postuna ardıcıl 2 dəfə seçilmək mümkün idi.
Qeyd edək ki, ötən həftə Özbəkistanın Aşağı palatasının deputatları aprelin 30-na Konstitusiyaya dəyişikliklər barədə referendum təyin ediblər. Martın 14-ü isə Senat sözügedən qərarı təsdiq edib.