11 C
Baku
Monday, November 25, 2024

“PAŞA Bank” KOS müştərilərinə “Visa B2B Connect” ilə sərfəli tariflərlə köçürmə etmək imkanı təqdim edib

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” ölkədə biznes mühitinin inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsini uğurla davam etdirir. Belə ki, Bank, KOS müştərilərinə beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi üçün “Visa B2B Connect” ödəmə platformasına qoşulmaq imkanı yaradıb.

Beynəlxalq köçürmələri daha asan və rahat, eyni zamanda daha sərfəli tariflə həyata keçirməyə imkan verən “Visa B2B Connect” platforması tranzaksiyaların cari statusunu həm göndərən, həm də alan tərəf üçün real zamanda izləməyə və idarə etməyə imkan verir. Ödənişlər USD, EUR və GBP valyutalarında həyata keçirilə bilər. Əməliyyatların sürətli və tam təhlükəsiz şəkildə aparılması yeni platformanın əsas xüsusiyyətlərindən biridir.

Qeyd edək ki, Novruz bayramı münasibətilə 15-31 mart tarixlərində “Visa B2B Connect” ilə ödənişləri həyata keçirən kiçik və orta biznes sahibləri üçün ödəniş komissiyası cəmi 0.2% təşkil edəcək. (minimum komissiya məbləği 25 USD/EUR/GBP – maksimum komissiya məbləği 250 USD/EUR/GBP)

Kampaniya haqqında ətraflı məlumat üçün: https://pshb.az/visab2B2connect-etrafli

Müştəri olmaq və ya ödənişlərə birbaşa keçid üçün: https://pshb.az/visa-b2b-connect

Son xəbərlər
Digər xəbərlər