Azərbaycan gübrəsinə (karbamid) 2022-ci ildə 10 yeni ölkə müştəri çıxıb və onun qiyməti öncəki ildən 59% bahadır.
Banker.az-ın əldə etdiyi rəsmi statistikaya görə, ölkədən xaricə azot gübrəsi ixracı illik müqayisədə 37 510 ton, yaxud 12% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ixracın həcmi 360 077 tona çatmaqla ümumilikdə $209.72 mln. ölkəyə valyuta daxil olub.
Azərbaycanın azot gübrəsinin yeni müştəriləri Argentina (12 539 ton), Böyük Britaniya, (7 540 ton), Hindistan (52 661 ton), İspaniya (603 ton), İsrail (4 554 ton), Moldova (29 876 ton), Pakistan (13 988 ton), Polşa (18 665 ton), Ukrayna (7 006 ton) və Yunanıstandır (2 980 ton).
Azərbaycan 2022-ci ci ildə azotu ortalama 582 dollar/ton ilə ixrac edib. Bu 2021-ci ildə 367 dollar/ton ortalama dəyər olduğunu nəzərə alsaq, 2022-ci ildə öncəki ildən hər tonda 215 dollar, yaxud 59% baha satıb.
Satılan azot gübrəsini ən baha Argentinaya, yəni bir tonu ortalama $900-ə satıb.
Xatırladaq ki, Azərbaycanda karbamidi SOCAR-ın Sumqayıtdakı Karbamiz Zavodu 2019-cu ildən başlayaraq istehsal etməyə başlayıb.
Azərbaycanın xaricə ixrac etdiyi karbamid gübrəsi |
||||
2022 | 2021 | |||
Miq. min ton | Hcm, mln $ | Miq. min ton | Hcm, mln $ | |
CƏMİ | 360.08 | 209.72 | 322.57 | 118.53 |
Albaniya | 0.43 | 0.31 | 5.73 | 4.18 |
Argentina | 12.54 | 11.28 | – | – |
Bolqarıstan | 91.87 | 50.91 | 11.45 | 5.65 |
B.Britaniya | 7.54 | 3.69 | – | – |
Brazilya | 21.48 | 19.33 | 198.17 | 71.45 |
Gürcüstan | 10.83 | 7.45 | 1.70 | 0.48 |
Hindistan | 52.66 | 28.81 | – | – |
İspaniya | 0.60 | 0.42 | – | – |
İsrail | 4.55 | 2.16 | – | – |
İtaliya | 0.44 | 0.32 | 3.66 | 2.67 |
Moldova | 29.88 | 15.56 | – | – |
Pakistan | 13.99 | 6.29 | – | – |
Polşa | 18.67 | 11.86 | – | – |
Rumınya | 65.00 | 33.62 | 31.38 | 12.68 |
Rusiya | – | – | 36.29 | 8.92 |
Türkiyə | 19.62 | 11.55 | 34.19 | 12.49 |
Ukrayna | 7.01 | 4.21 | – | – |
Yunanıstan | 2.98 | 1.94 | – | – |