16 C
Baku
Friday, October 18, 2024

“T-Mobile” operatoru “Mint Mobile”ı 1.35 mlrd. dollara alıb

“T-Mobile” operatoru “Ka’ena Corporation” və onun törəmə şirkətlərini, o cümlədən “Mint Mobile” və “Ultra Mobile” mobil rabitə markalarını almaq üçün müqavilə bağladığını açıqlayıb.

Şirkət maksimum 1.35 milyard dollar ödəyəcək: alışın bir hissəsi nağd (39%), bir hissəsi səhmlərlə (61%) ödəniləcək. Yekun qiymət “Mint Mobile”ın nəticələrindən asılı olacaq. Müqavilənin 2023-cü ildə bağlanacağı gözlənilir.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

“Mint Mobile” işləmək üçün başqa operatorun – “T-Mobile”in infrastrukturundan istifadə edir. Şirkət öz şəbəkəsində istifadəçilərə ayda 15 dollardan başlayan tariflər təklif edir. Müqavilə bağlandıqdan sonra bu qiymət olduğu kimi qalacaq.

“Mint Mobile” aktyor Rayan Reynoldsa məxsusdur. O, 2019-cu ildə şirkətin səhmdarı olub. “TechCrunch”a görə, aktyorun payı 25%-dən çox olub.

Reynolds markaya marketinqdə kömək edib – onu təmsil edib və reklamlarda rol oynayıb. Razılaşmadan sonra o, şirkətdəki rolunu qoruyacaq və reklam çarxlarında görünməyə davam edəcək. “Mint Mobile”ın qurucuları David Glikman və Rizvan Kassim də “T-Mobile”a keçəcəklər.

Son xəbərlər
Digər xəbərlər