8 C
Baku
Thursday, November 28, 2024

“Virgin Orbit” işçilərini qeyri-müəyyən ödənişsiz məzuniyyətə göndərib

“Virgin Orbit” aerokosmik şirkəti demək olar ki, bütün işçilərini məcburi məzuniyyətə göndərib və ən azı bir həftə müddətinə işini tamamilə dayandırıb. Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Şirkətin yalnız “kiçik” komandası işləməyə davam edəcək. Onun neçə nəfərdən ibarət olması və hansı vəzifələri yerinə yetirməsi açıqlanmır.

Eyni zamanda, “tətilin” nə qədər davam edəcəyi də məlum deyil. Rəhbərlik 22 və ya 23 martda yeni xəbərlərlə qayıdacağına söz verib. Əməkhaqqı bir həftə sonra – martın 24-də ödəniləcək. Təsdiqlənməmiş məlumatlara görə, ştatda 800-dən çox işçi çalışır.

“Virgin Orbit”in baş direktoru Den Hart işçilərinə bildirib ki, şirkət investisiya planını həmin vaxt yekunlaşdıracaq. “Bloomberg” yazır ki, xəbərlər fonunda şirkətin səhmləri 52% ucuzlaşıb və biri 0.49 dollara düşüb.

“Virgin Orbit” daha əvvəl bildirmişdi ki, 2022-ci ilin ilk üç rübündə əməliyyat itkiləri 149 milyon dollar təşkil edib. O, 29 mart 2023-cü ildə dördüncü rüb üçün hesabat verəcək. Şirkət hazırda Böyük Britaniyada uğursuz peyk buraxılışından sonra “bərpa olunma” mərhələsini keçir.

Son xəbərlər
Digər xəbərlər