Azərbaycana idxal edilən kərə yağına çəkilən xərc azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral ayında Azərbaycana 10 milyon 398 min dollar dəyərində 1 762 ton kərə yağı idxal edilib. Ötən ilin eyni dövründə 14 milyon 723 min dollar dəyərində 2 727 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 29.4%, miqdarı isə 35% azalıb. 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin iki ayında 5399 dollar ikən, bu ilin ilk 2 ayında 5901 dollar təşkil edib.