12 C
Baku
Monday, November 25, 2024

“Naxçıvan Sığorta”nın maliyyə durumu bəlli oldu

“Naxçıvan Sığorta” ASC 2022-ci ili 1 milyon 5 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə sığorta şirkətinin mənfəəti 900 min manat olub ki, bu da illik müqayisədə 12% artımdır.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir

Ötən il “Naxçıvan Sığorta”nın gəlirləri 2 milyon 931 min manat (illik müqayisədə 29% çox), xərcləri 1 milyon 674 min manat (45% çox), mənfəət vergisi ödəmələri isə 251 min manat (11.5% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Sığorta”nın aktivləri 10 milyon 404 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 8.6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5% azalaraq 2 milyon 64 min manata, balans kapitalı 13% artaraq 8 milyon 340 min manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

1 3 scaled

2 4 scaled

Son xəbərlər
Digər xəbərlər