8 C
Baku
Sunday, December 22, 2024

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya və əsas ərzaq məhsullarının ehtiyatı yaradılıb

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya və əsas ərzaq məhsullarının ehtiyatı yaradılıb.

Bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub: “Əhalinin ərzaq təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb, əsas ərzaq məhsullarının ehtiyatı yaradılıb. Eyni zamanda ölkədə su probleminin həlli hökumət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Artıq su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb. Bundan başqa, Azərbaycanda iqtisadi siyasətin sosial siyasətlə uzlaşdırılması Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında qoyulan əsas vəzifələrdən biridir. Əmək haqlarının, müavinətlərin, pensiyaların artırılması təmin edilib. 2023-cü ildə artımlar üçün 750 milyon manat nəzərdə tutulub”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər