17 C
Baku
Friday, October 18, 2024

“Razer” şüşədən hazırlanmış siçan altdığı təqdim edib

Oyun elektronikası istehsal edən “Razer” şirkəti şüşədən hazırlanmış siçan altdığı təqdim edib. Yeniliyin qiyməti 99.99 dollar təşkil edir. Məlumata görə, kompüter aksesuarı qara və ağ rəngdə mövcuddur.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Təxminən 5 mm qalınlığında və 450×400 mm ölçüdə olan bu aksesuar 2 kq ağırlığındadır. Arxa tərəfi rezinləşdirilmiş materialdan, xarici səthi isə şüşədən hazırlanıb. Tərtibatçıların sözlərinə görə, altdıq yalnız nəm parça ilə təmizlənə bilər.

Son xəbərlər
Digər xəbərlər