-1 C
Baku
Saturday, December 14, 2024

BVF qeyri-müəyyənliyin yüksək olduğu ölkələrə kredit verilməsi qaydalarını dəyişdi

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası fövqəladə yüksək qeyri-müəyyənliklə üzləşən ölkələrə kredit verilməsi üçün yeni qaydaları təsdiqləyib. Bu qayda Ukraynaya bu proqram çərçivəsində dəstək verməyə imkan verəcək.

Bu barədə Bloomberg təşkilatın rəsmi açıqlamasına istinadən məlumat yayıb. Bildirilir ki, BVF dəyişiklikləri təsdiqləyib və bu, fonda “fövqəladə yüksək qeyri-müəyyənliklə” üzləşmiş ölkələrə kömək etməyə imkan verəcək. Belə bir aksiya Ukrayna tərəfinə təxminən 15 milyard dollar həcmində dəstək imkanı verəcək.

Sənəddə vurğulanır ki, dəyişikliklər həm də hakimiyyət orqanlarının nəzarətindən kənarda olan və bu ölkələrdə proqramlaşdırmanın qarşısında duran əsas maneələri aradan qaldıran ekzogen şoklarla əlaqəli vəziyyətlərə şamil ediləcək.

Son xəbərlər
Digər xəbərlər