2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13.9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib.
Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.
Onun sözlərinə görə, idxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olub: “Azərbaycandakı inflyasiya əsasən idxal edilmiş inflyasiyadır. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırılıb”.