Türkiyə və Misir qarşılıqlı olaraq səfirlər təyin edəcəklər.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə ziyarəti çərçivəsində yerli jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, buna dair qərarın yaxın zamanda verilməsi gözlənilir. Çavuşoğlunun sözlərinə görə, 2013-cü ildən bəri iki ölkə arasında diplomatik münasibətlər müvəqqəti vəkillər səviyyəsində idi.