Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edib.
Macarıstanlı deputatlar Alyansın genişlənməsinə razılıq veriblər.
Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasını Türkiyədən başqa bütün ölkələr təsdiqləyib. Türkiyə parlamentinin komitəsi Finlandiyaya razılıq verib, tezliklə üzvlük məsələsi plenar iclasda müzakirə ediləcək.
İsveçin NATO-ya qəbul olması ilə bağlı qərar daha sonra veriləcək.