İstehlaka yararsız müxtəlif növ qida məhsulu məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 19,67 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.