Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiq edildiyi 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər istehlakçılara ümumilikdə 184 min 522 kassa çeki üzrə 56.5 min manatdan çox ƏDV məbləği geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, cari ilin fevral ayında isə 137 min 184 kassa çeki üzrə 34.7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.
Yanvar ayı ilə müqayisədə fevral ayında kassa çekləri üzrə 2.9 dəfə, qaytarılan məbləğ üzrə 1.6 dəfə artım olub.