10 C
Baku
Wednesday, December 11, 2024

Yaponiya Şimali Koreyanın nüvəsizləşdirilməsinə nail olmaq niyyətindədir

Yaponiya hökuməti KXDR-in nüvəsizləşdirilməsinə nail olmaq üçün ABŞ, Cənubi Koreya və bütün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Xirokadzu Matsuno deyib.

“Yapon-Amerika, Yapon-Amerika-Cənubi Koreya sıx əməkdaşlığı və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq vasitəsilə biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam yerinə yetirilməsi və Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində çalışacağıq”, – deyə o qeyd edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər