“Azsığorta” ASC 2022-ci ildə 2 mln. manat üzərində zərər etdiyi açıqlanıb.
Bunu Banker.az sığorta şirkətinin illik audit hesabatına istinadən xəbər verir.
Hesabat ilində sığorta şirkəti 14.53 mln. manatlıq cəmi gəlir əldə edib ki, bu öncəkin ildən 13 faiz aşağı nəticədir. Sığorta şirkətinin gəlirlərinin azalmasına səbəb xalis sığorta ehtiyatlarının mənfiyə doğru dəyişməsi, investisiya gəlirlərinin 3.15 mln. manatdan 2.75 mln. manata düşməsi və əsas gəlirlərindəki enişdir.
Sığorta şirkətinin cəmi xərcləri 17.05 mln. manat təşkil edib. Bu öncəki ildə 15.82 mln. manat idi. Xərclərinin artmasına sığorta ödənişlərinin 7.36 mln. manatdan 9.44 mln. manata yüksəlməsi və digər xərclərinin yüksəlməsi olub. İşçi üzrə xərcləri 2021-ci ildə 5.82 mln. olduğu halda 2022-ci ildə 5.22 mln. manat təşkil edib.
Beləliklə, sığorta şirkəti 2 mln. manatlıq xalis zərər açıqlayıb. Öncəki ildə 0.76 mln. manat xalis mənfəət etdiyini açıqlamışdı. Bu zərərdən sonra 1 yanvar 2023-cü il tarixinə sığorta şirkətinin bölüşdürülməmiş mənfəəti 3.79 mln. manatdan 1.55 mln. manata düşüb.
Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.